"İranda qalıb, onun üçün çox narahatam" - Şəbnəm Tovuzlu

"İranda qalıb, onun üçün çox narahatam" - Şəbnəm Tovuzlu
21 Mar 2026 15:41

Müğənni Şəbnəm Tovuzlu İranda yaşayan fanatı ilə bağlı paylaşım edib. 

Sənətçi Maral adlı fanatından uzun müddətdir xəbər ala bilmədiyini deyib. Bildirib ki, müharibə başlayandan onunla əlaqə kəsilib. 

"Onun üçün çox narahatam. Bilirəm ki, internet yoxdur. Təki buna görə yaza bilməsin, salamat olsun. Çox nigaranam, neçə vaxtdır xəbərim yoxdur. Ən aktiv fanatım idim, çox pis olmuşam. İranda yaşayan azərbaycanlı qızdır" deyə, Şəbnəm qeyd edib. (Axşam.az)


Sizin reklam burada
Sizin reklam burada