İranda neçə milyon narkoman var?

İranda neçə milyon narkoman var?
17:10

Hazırda İranda müxtəlif növ narkotik maddələrdən istifadə edənlərin sayı 3,8-4,4 milyon arasındadır.

Bu barədə İran Narkotiklərlə Mübarizə Qərargahının hesabatında bildirilib.

Hesabata görə, narkotik aludəçilərinin 22%-ni qara işçilər, 2%-ni isə şagirdlər təşkil edir. Üçüncü yerdə “Qol” kimiyəvi tərkibli narkotik vasitələrindən istifadə edən qadınlar dayanır.

Əlaqədar qeyri-hökumət və insan haqları təşkilatlarının hesablamalarına görə, İranda narkotikaya illik xərclənən pul orta hesabla 7 milyard dollar civarındadır. (axar.az)


Sizin reklam burada
Sizin reklam burada