İranda İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda günahlandırılan şəxslə bağlı ölüm hökmü icra olunub.
News365.az-ın məlumata görə, Ğolamreza Xani Şəkərab İran təhlükəsizlik orqanları tərəfindən İsrailin xeyrinə casusluq fəaliyyəti aparmaqda ittiham edilib. Onun barəsində çıxarılan edam qərarı İran Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb və hökm həyata keçirilib.
İran mediasında yayılan məlumatlarda bildirilir ki, son illərdə ölkədə İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən bir neçə nəfər oxşar ittihamlarla edam olunub. Tehran bu cür fəaliyyətləri milli təhlükəsizliyə qarşı ciddi təhdid kimi qiymətləndirir.
News365.az