"İran anlaşma etməyi çox istəyir" - ABŞ lideri

"İran anlaşma etməyi çox istəyir" - ABŞ lideri
10:43

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməkdə maraqlı olduğunu, lakin rəsmi Tehrana etibar etmədiyini deyib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsindən sonra Türkiyədən ABŞ-yə qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Tramp çıxışında ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatları, NATO sammitini və ABŞ-Türkiyə münasibətlərini dəyərləndirib.

ABŞ Prezidenti İrana qarşı endirilən zərbələrdən danışarkən deyib:

"Onlar bizə hər zərbə endirəndə bunun 20 qatını ilə cavab verəcəyimizi demişdim. Dünən gecə də bunu etdik."

Onun sözlərinə görə, İranın atdığı addımlar ABŞ-nin hücumlarına cavab xarakteri daşıyır.

"Hərbi baxımdan artıq qalib gəlmişik. Onların əlində çox az imkan qalıb".

Tramp İranın ABŞ ilə razılaşma əldə etmək istədiyini bir daha vurğulayaraq bildirib:

"Onlar razılaşma bağlamağı çox istəyirlər. Bu yaxınlarda bizə zəng etdilər. Sadəcə, buna dəyərmi, bilmirəm. Bağlanacaq razılaşmaya əməl edəcəklərinə əmin deyiləm. Problem də məhz budur".


Sizin reklam burada
Sizin reklam burada