Türkiyəli müğənni Hadise "Paris Moda Həftəsi"ndə dünya şöhrətli ulduz Cennifer Lopezlə bir araya gəlib.
News365.az Türkiyə mediasına istinadla xəbər verir ki, moda dünyasının ən nüfuzlu tədbirlərindən sayılan Paris Moda Həftəsində hər iki sənətçi dəfiləni ön sıradan izləyən qonaqlar arasında yer alıb. Hadise və Cennifer Lopezin eyni sırada əyləşməsi tədbirin diqqət çəkən məqamlarından biri olub.
Tədbir zamanı sənətçilər bir-birini səmimi şəkildə salamlayaraq qısa söhbət ediblər. Onların əl tutaraq görüşdüyü anlar kameralara əks olunub və qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Hadise həmin görüşdən lentə alınan görüntüləri şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddətdə minlərlə baxış toplayaraq izləyicilər tərəfindən maraqla qarşılanıb.
Cennifer Lopezin Paris Moda Həftəsindəki iştirakı və Hadise ilə səmimi görüşü tədbirin ən çox müzakirə olunan anlarından biri kimi qiymətləndirilib.