İsti yay aylarında ürək-damar xəstəliklərinin kəskinləşməsi və insult riski nəzərəçarpacaq dərəcədə artır. Tanınmış dietoloq və qidalanma mütəxəssisi Olqa Kondratenko yay bürüsündə ürəyi qorumağın və bu təhlükələrdən yayınmağın əsas yollarını açıqlayıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis yayda sağlamlığı qorumaq üçün 5 mühüm qaydaya əməl etməyi tövsiyə edir:
Kifayət qədər maye qəbulu: İsti havada bədən sürətlə su itirir və bu da qanın qatılaşmasına səbəb olur. Maye balansını qorumaq ürəyin işini yüngülləşdirir.
Balanslı yay pəhrizi: Yay menyusunda bol miqdarda zülal (protein), təzə tərəvəz və meyvələrə üstünlük verilməlidir. Trans yağlar və ağır karbohidratlar isə maksimum dərəcədə məhdudlaşdırılmalıdır.
Doğru geyim seçimi: Bədənin temperatur tənzimlənməsinə kömək etmək üçün yalnız təbii parçalardan hazırlanmış, hava keçirən geyimlərə üstünlük verilməlidir.
Təzyiqə nəzarət və həkim məsləhəti: Qan təzyiqini müntəzəm izləmək mütləqdir. Xroniki xəstəlikləri olan şəxslər dərman qəbulunu axatmamalı, ürək-damar sistemində hər hansı narahatlıq hiss etdikdə isə vaxt itirmədən kardioloqa müraciət etməlidirlər.
Fiziki aktivliyin məhdudlaşdırılması: Günün ən qızmar və bürüzlü saatlarında ağır fiziki işlərlə məşğul olmaq və günəş altında uzun müddət qalmaq qətiyyən tövsiyə edilmir.