NATO Rusiyanın hərbi hərəkətliliyini real vaxt rejimində izləmək məqsədilə Finlandiyadan Rumıniyaya qədər uzanan şərq cinahı boyunca vahid nəzarət sistemi formalaşdırır. Bu barədə məlumat Almaniyanın məşhur "Bild" nəşrində yer alıb.
News365.az-ın məlumatına görə, "Şərq Cinahının Çəkindirmə Təşəbbüsü" (EFDI) layihəsi çərçivəsində NATO-nun bütün şərq sərhədi boyu peyklər, pilotsuz uçuş aparatları (PUA), yerüstü sensorlar və robotlaşdırılmış sistemlərdən ibarət geniş şəbəkə qurulacaq.
Bu şəbəkə sərhəddəki istənilən qoşun hərəkətliliyini anındaca qeydə almaq imkanına malik olacaq. Rusiya hərbi bölmələri barədə əldə edilən bütün məlumatlar isə xüsusi süni intellekt texnologiyası vasitəsilə analiz ediləcək.
News365.az