İranda mis mədənində partlayış olub

İranda mis mədənində partlayış olub
01 Avq 2026 21:00

İranın Mərkəzi ostanının Dəlican şəhərində yerləşən mis mədənində partlayış baş verib.

News365.az xəbər verir ki, bu barədə İranın Mərkəzi ostanının Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə bu gün günorta saatlarından əvvəl qeydə alınıb.

Partlayış nəticəsində 2 fəhlə həlak olub, xəsarət alanlar isə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada