İran mediası: Bəndər-Abbasda partlayışa bənzər səslər eşidilib

İran mediası: Bəndər-Abbasda partlayışa bənzər səslər eşidilib
09:33

Bəndər-Abbas şəhəri və ətraf ərazilərdə güclü partlayış səslərinin eşidildiyi bildirilir.

News365.az xəbər verir ki, məlumatı İranın “Fars” xəbər agentliyi yayıb. Bildirilir ki, yerli sakinlər şəhərin müxtəlif istiqamətlərindən partlayışa bənzər güclü səslər gəldiyini qeyd ediblər.

Agentliyin məlumatına görə, hazırda səslərin mənbəyi və başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Eyni zamanda, “Mehr” agentliyi də Qəşm adasında oxşar səslərin eşidildiyini açıqlayıb.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib, araşdırmalar davam edir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada