İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - Yenilənib

İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - Yenilənib
21:11

ABŞ və İran arasında imzalanması nəzərdə tutulan memorandumla bağlı İsveçrədə keçirilən dördtərəfli danışıqlar 80 dəqiqəlik müzakirələrdən sonra dayandırılıb.

Bu barədə İranın Fars agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, fasilə nümayəndə heyətlərinin öz daxilində əlavə məsləhətləşmələr aparmasına ehtiyac yaranması ilə əlaqədardır.

-----------

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar rəsmən başlayıb.

News365.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirmişdi ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada