Hazırkı gərginliyin həlli Polşa və Ukraynanın maraqlarına uyğundur.
News365.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun fikrincə, Karol Navrotski öz addımları ilə ukraynalıların həm Polşada, həm də Ukraynada yaxşı qarşılanmaması üçün hər şeyi edir:
"Bu, Ukrayna ilə Polşa arasındakı fundamental fərqdir və eyni zamanda Navrotskinin etdiklərinin ikinci səbəbidir. O bunu başqa cür edə bilərdimi? Əlbəttə. O, ordenin geri alınması kimi sərt və görünən addımı seçməklə öz manevr imkanlarını daraltdı”.
Onun sözlərinə görə, Navrotski Polşada "maskulinlik simvolu” kimi qəbul olunur və buna görə də zəiflikdə ittiham olunmaq istəməyib.
"Əgər o bunu etməsəydi, onu zəiflikdə ittiham edəcəkdilər. Ona görə də o, geri addım ata bilmədi”, Kuleba deyib.
Kuleba əlavə edib ki, Navrotski daha fərqli bir diplomatik yol seçə bilərdi:
"Əgər o etirazını bildirmək istəyirdisə, məsələn, Polşanın Ukraynadakı səfirini məsləhətləşmələr üçün geri çağırmağı tələb edə bilərdi. Diplomatiyada bu, çox güclü siqnaldır. Bu halda da siyasi təzyiq yaranardı”.
Kulebanın fikrincə, Polşa prezidentinin məqsədi geniş ictimaiyyət üçün anlaşılan siyasi qalmaqal yaratmaq idi:
"Adi vətəndaş "səfirin geri çağırılması" kimi addımları anlamır. Amma ən yüksək ordenin geri alınmasını hamı başa düşür. Navrotski məhz bunu istəyirdi”.
O, həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski də alternativ qərar versəydi, bu, başqa risklər yarada bilərdi, lakin belə bir addım da siyasi zəiflik kimi qiymətləndirilə bilərdi.
Kuleba əlavə edib ki, hazırkı vəziyyət Ukrayna–Polşa münasibətlərində ABŞ prezidenti Donald Tramp hakimiyyətinin ilk günlərində Ukrayna ilə ABŞ rəsmiləri arasında yaşanan gərginliyə bənzəyir və o zaman vəziyyət nisbətən sabitləşdirilmişdi.
Onun sözlərinə görə, bu vəziyyət də gələcəkdə normallaşdırılacaq, çünki Polşanın öz maraqları var və Ukraynanın Avropa İttifaqına inteqrasiyası bu maraqların bir hissəsidir.
19 iyunda Karol Navrotski Ukrayna prezidenti Volodimir Zelenskini "Ağ Qartal" ordenindən məhrum edib. Bundan əlavə, Polşa prezidenti Ukraynanın Avropa İttifaqına üzvlüyünün Polşa fermerləri üçün risk yaratdığını bildirib.