İran limanındakı partlayışın səbəbi açıqlandı

İran limanındakı partlayışın səbəbi açıqlandı
27 Apr 2025 16:35

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında raketlər üçün bərk yanacağın əsas tərkib hissəsi olan natrium-perxlorat partlayıb.

Bu barədə "The New York Times" nəşri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olan mənbəyə istinadla məlumat paylaşıb.

"Ambrey" özəl mühafizə firmasının məlumatına görə, martda limana tərkibində natrium-perxlorat olan raket yanacağı yükü gətirilib. Yanğına İranın ballistik raketlərində istifadə üçün nəzərdə tutulmuş bərk yanacaq yükü ilə düzgün davranmamağın səbəb olduğu bildirilir.

Qeyd edək ki, "Financial Times" qəzeti hələ yanvarda yazmışdı ki, iki gəmi Çindən İrana bir ton natrium-perxlorat daşıyacaq.



Sizin reklam burada
Sizin reklam burada