İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO
Siyasət
13:50
İran tərəfi son 2–3 həftə ərzində ABŞ hədəflərinə endirilən zərbələrin nəticələri ilə bağlı təsdiqlənməmiş, lakin “dəqiq hesab edilən” itkilərin siyahısını yayıb.
Siyahıda ABŞ-a məxsus çoxsaylı radar və hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə mərkəzləri, yanacaq və sursat anbarları, logistika obyektləri, qırıcı təyyarə və dron anqarları, həmçinin müxtəlif hərbi təyyarə və helikopterlərin vurulduğu iddia olunur.
Məlumatda MQ-9 dronları, Patriot HHM kompleksləri, HIMARS buraxılış qurğuları, F-15, P-8 və C-17 tipli təyyarələrin, eləcə də bir sıra rabitə və kəşfiyyat obyektlərinin hədəfə alındığı qeyd edilir.