“İmralı ‘Terrordan azad Türkiyə’ prosesi ilə bağlı hər cür dəstəyi verir” - Ərdoğan

“İmralı ‘Terrordan azad Türkiyə’ prosesi ilə bağlı hər cür dəstəyi verir” - Ərdoğan
15:52

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. "Terrordan azad Türkiyə" prosesi çərçivəsində PYD-nin mövqeyi ilə bağlı verilən sualı cavablandıran Ərdoğan bildirib:

“Hazırda İmralı bu mövzu ilə bağlı hər cür dəstəyi verib və verməyə davam edir.”

Ərdoğan həmçinin Liseyə Giriş İmtahanı (LGS) ilə bağlı yaşanan mübahisələrə dair açıqlama verib.

“Günlərdir aparılan bu əxlaqsız böhtan kampaniyasının tək bir izahı var – bu, imam hatiplərə qarşı düşmənçilikdir. Həqiqətən də qəbul edilə biləcək bir şey deyil. Bir insan bu qədər utanmazcasına yalan danışa bilməz. LGS-də bu qədər uğur əldə etmiş bu uşaqlara niyə təhqir edirsən?

Hazırda Kartal Anadolu İmam Hatip Liseyində və digər imam hatiplərdə uğur qrafiki bu qədər yüksək olan uşaqları necə olur da fotolarla hədəf göstərirsən? Bu, çox böyük bir ədəbsizlikdir,” – deyə Ərdoğan qeyd edib.

O əlavə edib: “Əgər bunların zərrə qədər vicdanları varsa, etməli olduqları tək şey – sosial mediada linç etdikləri o günahsız uşaqlardan və onların ailələrindən açıq şəkildə üzr istəməkdir.”


Sizin reklam burada
Sizin reklam burada