"İlkin üstünlük Hindistana aid idi, lakin Pakistan ciddi cavab zərbələri endirdi"

"İlkin üstünlük Hindistana aid idi, lakin Pakistan ciddi cavab zərbələri endirdi"
16:55

"İlkin üstünlük Hindistana aid idi, lakin Pakistan ciddi cavab zərbələri endirdi"

Politoloq Əli Zülfüqaroğlu bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Hindistanın Pakistana qarşı hərbi əməliyyatlara başlaması və bu əməliyyatları əsaslandırması tamamilə bəhanə idi. Çünki həmin təşkilatları Pakistan özü də terror təşkilatları kimi tanıyıb və eyni zamanda müstəqil şəkildə həmin qruplara qarşı hərbi əməliyyatlar həyata keçirib. Yəni dolayısı ilə Hindistanın bu addımının arxasında müəyyən ssenarinin olduğu bəllidir.

Təbii ki, hərbi əməliyyatlara başlamaq üçün Hindistana bəhanə lazım idi və bu “terror hadisəsi” də Hindistana həmin fürsəti verdi.

Amma ilkin mərhələdə Hindistanın texniki baxımdan üstün olması və bəzi sahələrdə də hərbi baxımdan Pakistanı üstələməsi ona müəyyən üstünlüklər qazandırdı. Lakin ikinci mərhələ əməliyyatlar zamanı müşahidə olunanlar göstərdi ki, Pakistan kifayət qədər güclü logistik imkanlara malikdir və Hindistana qarşı keçirilən cavab əməliyyatlarında ciddi zərbələr vurub."


Sizin reklam burada
Sizin reklam burada