Azərbaycanda hava şəraiti qeyri-sabit keçib, Şahdağa qar yağıb, oktyabrın 22-də isə Gədəbəyin bəzi ərazilərinə xırda dənəli dolu düşüb.
Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-ü saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Şamaxıda 63 (aylıq normanın 83%-i), Oğuzda 52 (aylıq normanın 51%-i), Saatlıda 17 (aylıq normanın 42%-i), Kişçayda (Şəki) 15, Sarıbaşda (Qax) 12, Zaqatala, Tərtərdə 11, Ordubad, Qubada 10, Şahdağda 9, Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam, Goranboyda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə qısamüddətli leysan xarakterli intensiv yağış yağıb.