1813-cü ilin 12 oktyabrında “Gülüstan” sülh müqaviləsinin imzalanması günüdür. Bu tarixdə Azərbaycanın ikiyə parçalanmasının bünövrəsi qoyulub. Müqaviləyə qədər Azərbaycanın ümumi ərazisi 410 min kvadrat kilometr olub, müqavilə bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.
Çox maraqlıdır ki, bir müddət sonra Çar Rusiyası Osmanlı İmperiyası arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsinə əsasən, Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara olan iddiasından əl çəkirdi. Artıq Azərbaycanın ikiyə bölünməsi Rusiya, Qacar dövləti, Osmanlı dövləti və digər dövlətlər öz aralarında razılaşmış idi.
Çox az adam bilir ki, Gülüstan müqaviləsinin tərtibi Qacar və Rusiya dövləti arasında olsa da, onun ilkin versiyası rus dilində, sonra fars dilinə çevrilsə də, Azərbaycana zərbə vuran müqavilənin hazırlanması İngiltərənin Qacarlardakı səfiri ser Gore Ouseley və ser Harford Cons olub.
Müqaviləni Qacar dövləti tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi Qacar dövlətinin Britaniyada səfiri olub və tarixi bilənlər təsdiq edər ki, məhz O, Ceyms Moryerin "Hacı babanın macəraları" satirik romanının baş qəhrəmanının prototipidir.
Qacar tərəfinin nümayəndəsi Mirzə Əbdülhəsən xana müqavilə şərtlərini qəbul etdirmək üçün ingilis səfiri və hərbi müşavir ser Gore Ouseley böyük təzyiq göstərmiş və vasitəçilik etmişdilər. Britaniyanın səfiri sadəcə vasitəçi deyildi, müqavilənin mətnini şəxsən özü ingilis dilində hazırlayıb.
İngiltərə Xarici İşlər Nazirliyinin direktivlərinə uyğun hazırlanan bu sənəd həm Rusiyanın Qafqazda möhkəmlənməsini rəsmiləşdirir, həm də İngiltərənin Hindistandakı müstəmləkələrini qorumaq məqsədi güdürdü
Britaniya sənədlərinə görə, Ouseley Qacar sarayındakı yüksək rütbəli ruhanilərə, vəzirlərə və xüsusilə sülh danışıqlarını aparan diplomat Mirzə Əbdülhəsən xana böyük məbləğdə rüşvət verərək onları sülhün qaçılmazlığına inandırmışdı
Qacarların xanlıqları asanlıqla vermək istəmədiyini görən ingilis səfir şahı əmin edir ki, “bu sərhədlər müvəqqətidir, mən şəxsən Sankt-Peterburqa gedib rus çarı ilə danışacağam və Napoleon təhlükəsi bitəndən sonra Rusiya bu torpaqların bir hissəsini sizə qaytaracaq”. Bu diplomatik yalan şahın sənədi imzalamasında həlledici rol oynadı.
Məhz buna görə də, O, Rusiya imperiyasını Qafqazda böyük bir müharibədən xilas etdiyi və Azərbaycan torpaqlarını döyüşsüz Rusiya rəsmiyyətinə qatdığı üçün rus çarı I Aleksandr tərəfindən Müqəddəs Aleksandr Nevski ordeni və qiymətli hədiyyələrlə mükafatlandırılır.
1812-ci ildə rus ordusu Lənkəran qalasını mühasirəyə alarkən Qacarların ora köməyə getməsinin qarşısını da məhz o alıb.
Qacar şahının “rəğbətini” qazanan ingilis səfir diplomatik fəaliyyətlə yanaşı, həm də qədim abidələrin talanması ilə məşğul olurdu. Gülüstan müqaviləsi ərəfəsində o, Qacarların qədim paytaxtı Persepolis şəhərinin xarabalıqlarını ziyarət etmiş və oradakı qədim daş relyefləri və heykəl parçalarını sökdürərək özü ilə aparmışdı.
O, bu tarixi tapıntıları Londona aparıb, əvvəlcə öz evinin pilləkənlərində nümayiş etdirmiş, 1825-ci ildə isə Britaniya Muzeyinə bağışlamışdı.
Azərbaycan xanlıqlarından və cənub vilayətlərindən yüzlərlə qədim və nadir miniatürlü əlyazmanı çox ucuz qiymətə və ya təzyiqlə ələ keçirmişdir. Hazırda bu unikal kolleksiya
O, Londona yazdığı qeydlərdə Azərbaycan türk dilinin bu dilin Rusiya əleyhinə böyük bir ideoloji qüvvəyə çevrilə biləcəyini vurğulamış, bu səbəbdən gələcəkdə bölgədə fars və rus dillərinin inzibati dil kimi irəli çəkilməsinin ingilis maraqlarına daha uyğun olduğunu qeyd etmişdi.
Məhz ona görə də 1813-cü ildən bu günə qədər xəritələrdə ingilis və rus variantlarında Azərbaycana aid qədim tarixi adların tamamilə sıxışdırılıb çıxarılmasına və rus variantının əsas götürülməsi onun “diplomatik” fəaliyyətinin nəticəsi idi.
Özünün taleyi isə acınacaqlı oldu. Ağır xəstəliyə düçar oldu, bədəninin sürətlə çürüyürdü və 1844-cü il noyabrın 18-də 74 yaşında Hall Barn malikanəsində əzablar içində öldü.