Husilər ABŞ-ı hədələyib

Husilər ABŞ-ı hədələyib
21 İyn 2025 22:00

Yəmən husiləri ABŞ hökumətini hədələyərək onların İsrail tərəfində İranla münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum edəcəklərini bildiriblər. 

News365.az  xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

“Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hücum və təcavüzdə iştirak edərsə, silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ mülki və hərbi gəmilərinə zərbələr endirəcək”, - o deyib. 

Saria vurğulayıb ki, husilər bölgədəki bütün fəaliyyəti diqqətlə izləyir və ərazilərini qorumaq üçün lazımi tədbirlər görməyə hazırdırlar.


Sizin reklam burada
Sizin reklam burada