Hörmüz boğazında daha bir tanker vuruldu

Hörmüz boğazında daha bir tanker vuruldu
16:03

Hörmüz boğazında hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb. 

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Gəminin kapitanı naməlum mərminin tankerin maşın bölməsinə dəydiyini bildirib.

Mövcud məlumata görə, heyət üzvləri təhlükəsiz yerdədir. Zərbəyə məruz qalan tankerin adı, qeydiyyat limanı və insidentin dəqiq baş verdiyi koordinatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, UKMTO sentyabrın 30-dan oktyabrın 2-dək Hörmüz boğazında beş tankerin hücuma məruz qalması barədə məlumat yayıb.


Sizin reklam burada
Sizin reklam burada