Hindistan-Pakistan sərhədində gərginlik davam edir

Hindistan-Pakistan sərhədində gərginlik davam edir
09:10

Hindistan növbəti dəfə Pakistanı Cammu və Kəşmir ərazilərində Nəzarət Xətti boyunca atəşkəsi pozmaqda ittiham edib. Bu barədə ANI agentliyi xəbər yayıb. Nəşr Hindistan quru qüvvələrinin bəyanatına istinad edib.


"2025-ci il mayın 2-dən 3-nə keçən gecə Pakistan Ordusu Nəzarət Xətti boyunca səbəbsiz kiçik silahlardan atəş açıb",- Hindistan Ordusu iddia edib.

Qeyd edilib ki, söhbət Cammu və Kəşmirin birlik ərazisindəki Kupvara, Uri və Axnoor rayonlarından gedir. Hindistan Ordusu əlavə edib ki, Hindistan ordusuna qısa bir zamanda cavab verilib.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural

Sizin reklam burada
Sizin reklam burada