Sber-in tibb sahəsinə dair texnologiyaları Moskvada gündəlik təcrübənin bir hissəsinə çevrilib. Bunu Sber-in İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin MK-ya müsahibəsində bildirib.
"Bununla bağlı bir neçə nümunə var. Onlardan biri də Moskva hökuməti ilə birlikdə hazırlanmış "ağıllı" həkim köməkçisi "TOP-3"dür. O, bütün paytaxt klinikalarında istifadə olunur. Sünu İntellekt xəstənin şikayətləri əsasında həkimə ən ehtimal olunan üç diaqnozu təklif edir. Bu həll həkimlərə 14,4 milyondan çox xəstəni müalicə etməyə kömək edib", - Vedyax bildirib.
O qeyd edib ki, həkimlər süni intellektə əsaslanan diaqnostika köməkçisindən də fəal şəkildə istifadə edirlər.
"O, son iki ildə elektron tibbi qeydlərdən alınan məlumatları təhlil edir və ümumi praktikaya yekun diaqnoz qoymağa kömək edir. Diaqnostika üzrə köməkçi fəaliyyəti zamanı 3 milyondan çox yekun diaqnozun qoyulmasına kömək edib", - Vedyaxin bildirib.
Onun sözlərinə görə, digər rəqəmsal həll olan Voice2Med də bütün Rusiyada həkimlər arasında populyardır.
Tural