Hamburq aeroportunda bütün reyslər ləğv edildi - SƏBƏB

Hamburq aeroportunda bütün reyslər ləğv edildi - SƏBƏB
09 Mar 2025 15:13

Almaniyanın Hamburq hava limanında martın 9-na planlaşdırılmış bütün təyyarə enişləri və uçuşları ləğv edilib.

Bu barədə Hamburq aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb kimi hava limanı əməkdaşlarının tətil keçirmələri göstərilir: "Tətili heç bir xəbərdarlıq etmədən "Ver.di" adlı həmkarlar ittifaqı təşkil edib".

Həmkarlar ittifaqı aeroport işçiləri üçün maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.


Sizin reklam burada
Sizin reklam burada