Göyçayda yas mərasimi zamanı eyvan uçub – 8 nəfər xəsarət alıb

Göyçayda yas mərasimi zamanı eyvan uçub – 8 nəfər xəsarət alıb
08 Apr 2025 17:48

Göyçay rayonunun Qarayazı kəndində baş verən bədbəxt hadisə zamanı 8 nəfər xəsarət alıb. Hadisə aprelin 7-də, saat 13:00 radələrində yas mərasimi zamanı evin eyvanının uçması nəticəsində qeydə alınıb.

TƏBİB-dən News365.az-a verilən məlumata görə, xəsarət alan 8 nəfər dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə çatdırılıb. Onlardan 7 nəfərə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Digər bir qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. Onun vəziyyətinin nəzarətdə olduğu bildirilib.

Hadisənin dəqiq səbəbləri ilə bağlı müvafiq araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada