Genişmiqyaslı Sumı döyüşlərinə hazırlıq başladı

Genişmiqyaslı Sumı döyüşlərinə hazırlıq başladı
08:40

Ukrayna Silahlı Qüvvələri (VSU) bölmələrinin əsas diqqəti Sumı vilayətində əsas logistika mərkəzi sayılan Yunakovkaya yönəlib. Bu barədə TASS məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.


"Düşmən həm eyniadlı vilayətin Sumı rayonunda, həm də bu Ukrayna vilayətinin dərinliklərində mühəndis strukturlarının tikintisini davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı vilayət mərkəzi üçün hərbi əməliyyatlara hazırlaşır", - məlumatda deyilir.

Bununla belə, Sumi uğrunda döyüşlərdən danışmaq hələ tezdir. Çünki hazırda Ukrayna qüvvələri Yunakovka ətrafında cəmləşib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada