Məktəbdə dəhşət: Yeniyetmə uşaqlara atəş açdı

Məktəbdə dəhşət: Yeniyetmə uşaqlara atəş açdı
09:37

Rusiyada faciəvi hadisə baş verib. Sankt-Peterburqun Vıborq rayonunda yeniyetmə məktəb yaxınlığında pnevmatik tapança ilə uşaqlara atəş açıb. Bu barədə 78.ru məlumat yayıb.


Hadisə Kompozitorov küçəsində, məktəbin həyətində baş verib. Əlində pnevmatik tapança olan naməlum yeniyetmə uşaqlara yaxınlaşıb və məktəbin yaxınlığında qaçaraq atəş açmağa başlayıb.


Güllələrdən biri qançır və sıyrıq diaqnozu qoyulan 11 yaşlı məktəblinin qoluna dəyib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Bundan əvvəl Sankt-Peterburqun Vıborq rayonunda yeniyetmələr güllələnmişdi. Onları pnevmatik tapança ilə güllələyən şübhəli saxlanılıb. Hadisə Suzdal gölləri yaxınlığında baş verib. Məktəblilər özəl sektorda gəzərkən naməlum şəxs onlara yaxınlaşaraq uşaqların olduğu istiqamətə azı 15 dəfə atəş açıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada