Rusiyada maraqlı layihə reallaşa bilər. RT-nin yaydığı məlumata görə, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Pavel Krupnik patrul-mühafizə xidmətinin və digər polis bölmələrinin əməkdaşlarına elektrik skuterlərinin verilməsini təklif edib.
O, müvafiq təklifi Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə göndərib.
Təklifdə deyilir ki, şəxsi mobillik avadanlığı (PMI) sənayesinin inkişafı hüquq-mühafizə orqanlarının texnoloji inkişaflarla ayaqlaşmalı olmasını diktə edir.
Onun sözlərinə görə, cinayətkarlar və qanun pozucuları artıq yeni texniki reallığı mənimsəyiblər – elektrik skuterində, hoverbordda və ya velosipeddə quldurluq edir. Bu cür basqınçılıq artıq elmi fantastika hekayəsinin süjeti deyil.
Bununla əlaqədar, deputat Rusiya şəhərlərinin küçələrində xidmət edən polis əməkdaşlarının müvafiq yeni nəsil avtomobillərlə təchiz edilməsi ideyasını dəyərləndirməyi təklif edib.
Tural