Zelenski Türkiyədə Putinlə görüşdən gözləntilərini açıqladı

Zelenski Türkiyədə Putinlə görüşdən gözləntilərini açıqladı
09:23

Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşün atəşkəs və bütün əsirlərin mübadiləsi ilə bağlı razılaşmalarla nəticələnəcəyini gözləyir. O, bu barədə Fransanın "Liberation" qəzetinə müsahibəsində bildirib.


Ukrayna lideri belə hesab edir ki, o və Putin hazırda bütün məsələlərdə razılığa gələ bilmirlər, lakin döyüşləri dayandırmaq üçün format tapmalıdırlar.

“Əgər mən Putinlə görüşsəm, biz bu təmasdan siyasi qələbə ilə çıxmalıyıq. Bu, atəşkəs, bütün əsirlərin dəyişdirilməsi və ya buna bənzər bir şey olmalıdır”, - Zelenski deyib.

Bundan əvvəl Donald Tramp Rusiyanın atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukrayna liderini Türkiyəyə danışıqlara getməyə çağırıb. Vladimir Zelenski bununla razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada