Ermənistanın baş naziri Nikol Paşinyan inqilab yolu ilə hakimiyyəti ələ keçirəndən sonra sadə vətəndaşlarda ölkədə demokratiya, iqtisadi dirçəliş olacağını arzu edirdi. Yerli media yazır ki, bu illər ərzində hər şey tərsinə cərəyan etdi. Paşinyan bəzi məsələlərdə Qarabağ klanından heç də geri qalmadı, yeyinti halları və antidemorkatik proseslər hələ də davam edir.
Məsələn, "Pastinfo" bu mövzuda maraqlı məlumat yayıb. Qeyd edilib ki, fevralın 3-də Ermənistan baş nazirinin aparatı dövlət büdcəsindən 4 milyon 475 min dram dəyərində vəsait çəkibmiş. Bu, 65 gül kompozisiya üçün nəzərdə tutulub. O cümlədən, 600 min dram dəyərində 3 min gül də alınıb.
“Maraqlıdır ki, Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan fevralın 1-də təxminən bir həftəlik Vaşinqtona getmişdilər. Bu günlər ərzində respublikada hər hansı böyük tədbirlər, dövlət əhəmiyyətli qonaqların qarşılanması və s. olmayıb. Sadəcə olaraq fevralın 1-də Anna Akopyan Vaşinqtona səfər edərək ad gününü orada qeyd etdi”, - xəbərdə deyilir.
Tural