Xalq artisti Tünzalə Ağayeva ABŞ-də - FOTO

Xalq artisti Tünzalə Ağayeva ABŞ-də - FOTO
19:02

Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.


News365.az xəbər verir ki, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq. 


Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.  


Ağayeva paylaşımına “Vaşınqtonda günəşli gün” rəyini yazıb.



Sizin reklam burada
Sizin reklam burada