Skuterlə gəzən qıza atəş açıldı - ABŞ-da dəhşətli hadisə - VİDEO

Skuterlə gəzən qıza atəş açıldı - ABŞ-da dəhşətli hadisə - VİDEO
13 May 2025 20:01

Nyu- Yorkun Morrisania bölgəsindəki məktəbin yaxınlığında 16 yaşlı Evett Cefferi təsadüfən açılan atəşin qurbanı olub.


News365.az hadisə zamanı yeniyetmə skuter sürürmüş. Başından güllə yarası alan Evetti həyata qaytarmaq mümkün olmayıb. Nyu-York Polis Departamenti atəşi açanın kimliyini müyyənləşdirə bilib. Qurumun məlumatına görə, hadisəni 14 yaşlı biri törədib. Polis ilkin olaraq insidentin şəxsi zəmində baş verdiyi ehtimalını irəli sürüb. Lakin sonra Evettin atəşi açanla heç bir bağlılığının olmadığını bildirib. Sübhəli saxlanılıb. İstintaq isə davam edir. Şagirdin ölümü ictimaiyyətdə dərin narahatlıq doğurub. Valideyinlər və sakinlər məktəb ətrafında təhlükəsizliyin artırılması üçün çağırış ediblər.


Bu arada Nyu-Yorkda DoorDash kuryerini güllələyən məmur girov qarşılığında azadlığa buraxılıb. Hadisəni törədən Çester şəhər yol xidmətinin rəhbəri Con Reylli vəzifə səlahiyyətlərini də davam etdirir. Reylli bu posta seçki ilə gəldiyindən yerli hakimiyyət onu işindən uzaqlaşdıra biləyib. O, özü isə istefaya razılıq verməyib. Kuryer gəldikdə , o xəstəxanada müalicəsini davam etdirir. Həkimlər vəziyyətinin stabil olduğunu söyləyirlər. Qeyd edək ki, cinayət mayın 2-də Çester şəhərində baş verib. Kuryer telefonunun sönməsi səbəbindən ünvanı tapa bilməyib. İstiqaməti soruşmaq üçün bir neçə evin qapısını döyüb. Sonda isə güllə ilə qarşılanıb. Belə ki, Con Reylli evinin qarşısında dayanan kuryerə “get” deyə qışqırıb. Sonra atəş açaraq onu kürəyindən vurub. 


Qeyd edək ki, Door dash ABŞ-də ən məşhur onlayn yemək sifarişi və çatdırılma platformasıdır. Şirkət istənilən şəxsin öz avtomobili ilə kuryerlik etməsinə imkan yaradır. Birləşmiş Ştatlara gələn miqrantların əksəriyyətinin ilk iş yeri də məhz bu ünvandır. Güllələnən kuryer də afrikalı muhacir olub və ingilis dilini bilməyi. DoorDash( Dor dəş) rəhbərliyi isə hadisəni “qəbuledilməz zorakılıq” adlandırıb. Həmçinin kuryerlərin təhlükəszliyini artırmaq üçün əlavə tədbirlərin görüləcəyini bildirib.



Sizin reklam burada
Sizin reklam burada