ABŞ prezidenti Donald Trampın administrasiyası Moskvaya qarşı daha aqressiv ritorikadan istifadə edərək, Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tədricən dəyişir. Bu barədə Financial Times yazıb.
Nəşr ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Rusiyanın “həddən artıq çox şey istəməsi” barədə bəyanatını, habelə ABŞ lideri Donald Trampdan Moskva ilə bağlı mütəmadi olaraq tənqidi məzmunlu payllaşımları xatırladıb.
Nəşrə müsahibə verən ekspertlərin fikrincə, Rusiyanın aşkar şəkildə barışçı mövqe sərgiləməməsi Trampı qıcıqlandırır. Eyni zamanda qeyd edilir ki, hazırda Trampın həqiqətən də Ukraynaya rəğbət bəsləməsi və Rusiyanı münaqişədəki mövqeyinə görə “cəzalandırmağa” hazır olub-olmaması dəqiq deyil.
Bundan əvvəl Donald Tramp Rusiyanın atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukrayna liderini Türkiyəyə danışıqlara getməyə çağırıb. Vladimir Zelenski bununla razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural