Qaz təchizatında fasilə: Biləsuvarda 16 min abonent təsirlənəcək

Qaz təchizatında fasilə: Biləsuvarda 16 min abonent təsirlənəcək
11:14

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq. 

News365.az-ın məlumatına görə, Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. 

Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada