Ermənistanda 5 dəqiqə dolu düşdü, bağ və evlər dağıldı

Ermənistanda 5 dəqiqə dolu düşdü, bağ və evlər dağıldı
10:20

Ermənistanda kənd təsərrüfatına ciddi ziyan vuran təbiət hadisəsi baş verib. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, mayın 13-də Lori bölgəsində fövqəladə vəziyyət yaranıb.

"Axşam, saat 17:35 radələrində Mets Ayrumun Çoçkan və bir neçə başqa bölgəsinə təxminən 5 dəqiqə ərzində güclü dolu yağıb. Fotojurnalist Qaqik Şamşyanın yaydığı xəbərə görə, dolu əkinlərə, bağlara və evlərin damlarına ciddi ziyan vurub. Taxıl sahələri, tərəvəz və meyvə ağaclarına bərpaolunmaz zərər dəyib. Bütün il məhsula güvənən bir çox kəndli indi böyük itkilər və yaranmış qeyri-müəyyən situasiya ilə üzləşib. Bəzi yaşayış ərazilərində zərər 70-80 faizə çatır", - "Mamul" nəşri yazıb.

Qeyd edilib ki, iri həcmdə olan dolunun 5 dəqiqə yağması fəsadlara yol açıb. Adətən belə dolu bir dəqiqə və ya daha az yağır.

Tural


Sizin reklam burada
Sizin reklam burada