DİN-dən WhatsApp-la bağlı XƏBƏRDARLIQ: Bu nömrələri dərhal bloklayın!

DİN-dən WhatsApp-la bağlı XƏBƏRDARLIQ: Bu nömrələri dərhal bloklayın!
10:48

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


“Telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur. Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var” – məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada