Bu həftə Avropa İttifaqının Ədalət Məhkəməsi Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə "Pfizer" əczaçılıq şirkətinin baş direktoru arasında gizli yazışmalara dair qalmaqallı iş üzrə qərar verməlidir.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Müəlliflər vurğulayıblar ki, qarşıdan gələn məhkəmə iclası dekabrın 1-də yeni səlahiyyət müddətinə rəsmən başlamış AK rəhbərinin gələcək siyasi karyerasına ciddi təsir göstərə bilər. Nəşr qeyd edib ki, əgər məhkəmə şəffaflığın tərəfdarı olsa, bu, Aİ-nin yüksək vəzifəli məmurlarının hərəkətlərinə nəzarəti artıracaq presedent yarada bilər.
Qeyd edək ki, məhkəmənin baxdığı iş COVID-19 peyvəndlərinin satın alınması ilə bağlı danışıqlarda şəffaflığın olmamasına dair iddialar üzərində yaranıb. Mediada yayılan məlumatlara görə, pandemiyanın pik nöqtəsində fon der Leyen "Pfizer"in baş direktoru Albert Burla ilə şəxsi yazışmalarda vaksinlərin tədarükü üçün çox milyard dollarlıq müqaviləni müzakirə edibmiş. Daha sonra Avropa Komissiyası müqavilənin SMS vasitəsilə müzakirə edildiyini təsdiqləyib. Lakin mesajların təsadüfən silindiyini əsas gətirərək onları dərc etməkdən imtina edi...
Tural