“Microsoft” bu tarixdə 6 min işçini ixtisar edəcək

“Microsoft” bu tarixdə 6 min işçini ixtisar edəcək
13:50

“Microsoft” texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.   

News365.az-ın məlumatına görə, bu barədə “Bloomberg” şirkət nümayəndəsinə istinadən məlumat yayıb. 

"Biz cari bazar dinamikasında şirkəti ən yaxşı mövqedə tutmaq üçün lazımi təşkilati dəyişiklikləri etməyə davam edirik", - agentlik onun sözlərindən sitat gətirib. İşdən çıxarılan 6 min işçidən 2 mininin “Microsoft”un Vaşinqtondakı baş ofisinin işçiləri olacağı qeyd edilir.   

2023-cü ilin yanvarında Microsoft 10.000 nəfəri işdən çıxarıb. Şirkət daxilində vaxtaşırı ixtisarlar və büdcənin yönləndirilməsi texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır.   

Bloomberg-in məlumatına görə, hazırda şirkətdə təxminən 228.000 işçi çalışır. İxtisarlar işçilərin ümumi sayının 3%-ni təşkil edəcək.


Sizin reklam burada
Sizin reklam burada