Gənclər arasında suya qənaət təşviqi ilə bağlı yeni layihəyə start verilib

Gənclər arasında suya qənaət təşviqi ilə bağlı yeni layihəyə start verilib
01 May 2026 11:33

“Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsinin icrasına başlanılıb.

 “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi gənclərimizi qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsiri barədə məlumatlandırmaq və maarifləndirməkdir. 

Layihə çərçivəsində araşdırma yazılar hazırlanacaq. 2 ay davam edəcək layihə çərçivəsində hazırlanacaq 17  araşdırma yazıyla gənclər iqlim dəyişikliyinin su mənbələrinə təsiri barədə məlumatlandırılacaq su ehtiyatlarının azalmasının bəşəriyyət üçün təhlükələri barədə  maarifləndiriləcək. Layihədə bu sahədə həm də medianın səfərbər edilməsi nəzərdə tutulur. 17 məqalənin 16 media orqanında dərci buna xidmət edir. Bununla QHT-nin media resurslarını səfərbər edərək bu sahədə bir nümunə göstərmiş olacaq.


Sizin reklam burada
Sizin reklam burada