Gəncədə DƏHŞƏT: Kabab bişirən qadın yandı

Gəncədə DƏHŞƏT: Kabab bişirən qadın yandı
26 Mar 2025 10:36

Gəncədə yaşlı qadın ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. 

News365.az xəbər verir ki,  hadisə şəhər ərazisində baş verib. 

1966-cı il təvəllüdlü S. Paşayeva həyətində oğlu ilə birlikdə kabab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb. Nəticədə qadının əl və üz nahiyələri yanıb. 

Paşayeva dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada