Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama

Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama
14:50

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 06.10.2025-ci il tarixində saat 12:30 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.  Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə  bildirilib.

Qeyd olunub ki, hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


Sizin reklam burada
Sizin reklam burada