Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu
19 Yan 2025 10:00

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərinin Baytsantan (Cerenbulak) bölgəsindən 51 km şərqdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı deyib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “kifayət qədər güclü” kimi qiymətləndirilib.


Sizin reklam burada
Sizin reklam burada