Fransa, İngiltərə, Almaniya və ABŞ nazirlərinin görüşü təxirə salındı

Fransa, İngiltərə, Almaniya və ABŞ nazirlərinin görüşü təxirə salındı
10:20

Fransa, Böyük Britaniya və ABŞ-nin xarici işlər nazirlərinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair Londonda keçiriləcək görüşünə dair diqqət çəkən məlumat yayılıb. "Sky News" telekanalının yaydığı xəbərə görə, bu tarixi görüş təxirə salınıb. Bunun əvəzinə rəsmilər arasında sadəcə danışıqlar aparılacaq.

Londondakı görüşə yalnız Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa getib. O, britaniyalı həmkarı Devid Lammi ilə danışacaq.

Qeyd edək ki, Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin Ukrayna ilə bağlı danışıqlar aparmaq niyyəti bir neçə gün əvvəl açıqlanıb. Toplantıya Kiyevdən nümayəndələrin dəvət edilməsi də nəzərdə tutulmuşdu. Ehtimal olunurdu ki, konfransda digər məsələlərlə yanaşı, münaqişənin həlli məsələsi də müzakirə olunacaq. Xarici KİV-in yaydığı məlumata görə, hətta ABŞ  öz sülh planını ultimatum şəklində təqdim etməyə hazırlaşırdı. Bura Krımın Rusiya ərazisi kimi tanınması da daxil idi.



Tural


Sizin reklam burada
Sizin reklam burada