Qırmızı ət zərərli deyilmiş

Qırmızı ət zərərli deyilmiş
15:05

Son illərdə qırmızı ətin insan orqanizminə, xüsusən də ürəyə zərərləri barədə məlumatlar yayılır. Məşhur kardioloq Amara Aladel qırmızı ətin ürəyə zərərli olmasına dair ümumi inancları yox edib. Mütəxəssis "La Razon"a müsahibəsində bildirib ki, müasir klinik tədqiqatlar bu cür ətin istifadəsi ilə ürək-damar xəstəliklərinin inkişafı arasında əlaqəni təsdiq etmir.

"O, xolesterol səviyyəsini yüksəltmir və ya ürək-damar problemlərinə səbəb olmur" deyən Aladel insanlara pəhriz planlaşdırarkən məsələlərə ümumi deyil, fərdi yanaşmasının vacibliyini vurğulayıb.

Kardioloq 2024-cü ildə aparılmış araşdırmaya istinad edib. Araşdırmanın bir hissəsi olaraq İndiana Universitetinin (ABŞ) alimləri böyüklərin iştirakı ilə əvvəllər dərc edilmiş 20 tədqiqatın meta-analizini aparıblar. Tədqiqatçılar könüllülərin qida rasionunda təzə və minimal işlənmiş mal ətinin miqdarını qiymətləndirib və məlumatları iştirakçıların qanındakı “pis” və “yaxşı” xolesterinin səviyyələri ilə müqayisə ediblər.

Nəticələr qırmızı ət istehlakı ilə artan trigliseridlər (yağ maddələri), iltihab markerləri və ya qan təzyiqi arasında heç bir əlaqə olmadığını göstərib.

Tural


Sizin reklam burada
Sizin reklam burada