Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?

Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?
11:59

Dünya üzrə məşhur simalar arasında milyarderlərin sayı artmaqdadır.

"Forbes" jurnalının 2026-cı il üzrə “Dünya milyarderləri” siyahısına əsasən, idman və əyləncə dünyasından 22 məşhurun sərvəti 1 milyard dolları ötür. Onların ümumi sərvəti 48,1 milyard dollar təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə siyahıda 18 məşhur var idi və onların ümumi sərvəti 39 milyard dollar səviyyəsində qiymətləndirilirdi.

2026-cı ildə siyahıya yeni daxil olan məşhurlar arasında Beyonce Knowles-Carter, Roger Federer, Dr. Dre və məşhur rejissor James Cameron yer alır.

"Forbes"in məlumatına görə, məşhur milyarderlər arasında ən yüksək sərvətə malik şəxs 7,1 milyard dollarla məşhur rejissor Steven Spielbergdir. Onu 5,2 milyard dollar sərvətlə George Lucas və 4,3 milyard dollarla əfsanəvi basketbolçu Michael Jordan izləyir.

Siyahıda həmçinin Oprah Winfrey, Jay-Z, Taylor Swift, Kim Kardashian, Peter Jackson, Magic Johnson, LeBron James və Tiger Woods kimi məşhur şəxslər də yer alır.

"Forbes" qeyd edir ki, bu siyahıya daxil edilən şəxslər əvvəlcə idman və ya əyləncə sahəsində məşhurlaşmış, daha sonra biznes, investisiya və brend əməkdaşlıqları hesabına milyarderə çevrilmiş şəxslərdir.


Sizin reklam burada
Sizin reklam burada