Fon der Lyayenə etimadsızlıq qətnamələri rədd edildi

Fon der Lyayenə etimadsızlıq qətnamələri rədd edildi
16:45

Avropa Parlamentində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimadsızlıq təklif edən hər iki qətnamə böyük səs çoxluğu ilə rədd edilib.

News365.az xarici agentliklərə istinadən xəbər verir ki, səsvermədə ümumilikdə 594 deputat iştirak edib. Sağçı partiya nümayəndələrinin təklif etdiyi qətnamənin lehinə 179, əleyhinə 378, bitərəf 37 nəfər səs verib.

Solçu partiyaların nümayəndələri tərəfindən təqdim edilən ikinci qətnamə 133 səs, 383 əleyhinə və 78 bitərəf olmaqla rədd edilib.

Qeyd edək ki, qətnamələrin arxasında Rusiya ilə münasibətlərini qorumağa çalışan Macarıstan və Slovakiyanın dayandığı güman edilir.


Sizin reklam burada
Sizin reklam burada