Finlandiyalı professor: "Zelenski təslim olmalıdır"

Finlandiyalı professor: "Zelenski təslim olmalıdır"
09:45

Ukrayna prezidenti Vladimir Zelenski təslim olmalıdır. Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində məlumat yazıb.


“Zelenskinin yalnız bir yolu qalıb: təslim olmaq. Bundan sonra müsbət, pozitiv dəyişikliklər dərhal başlayacaq",- deyə professor qeyd edib.


Martın 7-də Ali Radanın deputatı Maryana Bezuqla bəyan etmişdi ki, ABŞ Ukraynanı kapitulyasiyaya getməsi üçün Kiyev rəhbərini daha mülayim bir fiqurla əvəz etməyə hazırlaşır. Hətta onlar Zelenskinin özünü fiziki olaraq aradan qaldırmağa cəhd edə bilərlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada