Gömrükçülər "kahı" yükü aparan avtomobildən narkotik aşkarladı.
News365.az xəbər verir ki, Dövlət gömrük komitəsinin əməkdaşları Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda narkotik keçirilməsinin qarşısını alıb.
Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi “ Astara” gömrük postununda saxlanılıb. Avtomobilə keçirilən yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.