İran nüvə silahını yalnız ərəb və müsəlman aləmini təhdid üçün yaradır? - Tural İrfan yazır

İran nüvə silahını yalnız ərəb və müsəlman aləmini  təhdid üçün yaradır? - Tural İrfan yazır
09:12
Türkiyənin regionda güclənməsi, əsasən də Suriya və Livanın demək olar ki, onun təsirinə düşməsi prosesi İsraili tələsməyə vadar edir. İsrail böyük planlarını həyata keçirmək üçün mümkün qədər Suriyada normal, stabil dövlət qurulmadan və Livanda da eyni proses təkrarlanmadan icra etməyə can atır. Çünki Suriya və Livandakı İran yönlü qruplar, eyni zamanda PKK, YPG kimi təşkilatlar bilavasitə İsrailə şərait yaradan amillər idi. İndi onlar ya Suriya hökuməti ilə razılaşıb neytrallaşır, ya da fərqli üsullarla sıradan çıxarılır. Bu, İsrali bərk narahat edir. Çünki onun hərəkət etməsi üçün müstəsna bəhanə və dəstəvuz lazımdır. İsrail vaxtilə həmin proksi qüvvələr yaradılanda nəinki mane olub əksinə şərait və imkan yaradıb İrana. Çünki bilirdi ki, həmin qruplar nəticə etibarı ilə onun özünə xidmət etməli olacaq.
Səudiyyə Ərəbistanı Yəməndəki İran təmayüllü Husi təşkilatı və onların "Ənsarullah" hərbi qruplaşmasına qarşı uzun illər hərbi müdaxilə etsə də nəticəsiz qaldı və əksinə, Husilər demək olar ki, Yəmən həndəvərinə nəzarəti ələ aldılar. Həmin dövrdə ABŞ - hakimiyyətinin və İsrailin başı Suriya, Liviya, İraqa qarışmışdı, ara-sıra Yəmənə zərbə endirib fasilə yaradırdılar. Hazırda isə ABŞ Yəməni, daha doğrusu Səna şəhərini və Husilərin mövqelərini bombalayır.
İran sadəcə sözdə xəbərdarlıq və pafoslu təhdidlə düşmən obrazı yaratmaqla kifayətlənir. Lakin İran İsrail üçün müstəsna şərait və imkanlar yaratmaqda davam edir. İranın təhriki ilə Husilər Ədən körfəzində gəmilərə və İsrailə raket atmasaydılar şübhəsiz ki, ABŞ - nin indi Yəməni vurması, bəlkə də gələcəkdə qoşun yeritməsi o qədər də asan olmazdı. İran indi buna, asan və sadə yolla maksimum şərait və imkan yaratdı. İran bu yolla həm Suriya, Fələstin, İraq, Livan və indi də Yəməndə makisum müsəlman qanı tökülməsinə zəmin yaradır həm də İsrail və ABŞ - a mümkün dəstək verir. Bir qədər əvvəl ABŞ İranı sıxmağa başlamışdı. Bu o demək idi ki, vaxt keçir, Suriyada da Nuseyri və Ələviləri qaldırıb Türkiyə yönlü hakimiyyəti devirə bilmədin, PKK - da neytrallaşdı, Həmasla da hələ ki, atəşkəsdir, durma Husiləri qaldır ki, İsrailin hərəkət etməsinə zəmin yaransın. İran da tam səmimiyyətlə ABŞ və İsrailin planlarına xidmət etməkdədir.
Hazırda müsəlman və ərəb ölkələri ilə bağlı ABŞ - nin, İsrailin, ümumiyyətlə Qərbin yürütdüyü siyasətə İrandan daha çox fayda verən, onların əlinə oynayan ikinci adda müsəlman dövləti yoxdur. İsrail Yəməni, Suriyanı, Livanı da Qəzza kimi yer üzündən silənə qədər İran ona şərait yaradıb zəmin hazırlayacaq. İranın vəkil (proks qüvvələri) ünsürləri Fələstin üçün hələ bir fayda saxlaya bilməyib reallıqda. Lakin İsrailə əvəzsiz fayda verib. İran hətta yeri gələndə həmin təşkilatların başçılarını qonaq çağırıb birbaşa da aradan götürməklə, kordinatları verməklə də İsrailə xidmət edir. İsmayıl Haniyyənin Tehranda qətli və H. Nəsrullahın Livanda öldürülməsi buna misal ola bilər. Hələ Əsədin qaçarkən kordinatları votsap vasitəsi ilə İsrailə ötürdüyünü və başqa faktları demirik.
Hazırki nəticə budur ki, Qəzzada 60 min günahsız insan öldü və bölgə demək olar ki, şumlandı.
Hazırda İranın ABŞ - ı ilə alveri gedir. ABŞ tam əmin olmalıdır ki, İran nüvə silahını yalnız ərəb və müsəlman aləminə qarşı təhdid üçün yaradır. Bunun üçün İsrailə, hədəfinə çatmaq üçün maksimum fayda verməli və özünü əyani şəkildə sübut etməlidir. Bundan sonra ABŞ - ı İrana nüvə üçün göz yumacaq. Əslində İranın bura qədər gəldiyi yol ABŞ-nı razı salır. Çünki Əfqanıstanda, İraqda, Liviyada İran ABŞ-nin işğallarına maksimum dəstək verib. Fəqət İran İsraili tam razı sala bilməyib. İsrail də İran kartından daha səmərəli istifadə etmək istəyir.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada