Ukrayna daha bir ərazini itirdi

Ukrayna daha bir ərazini itirdi
13:30

Rusiya hərbçiləri Zaporojya vilayətinin Stepovoe kəndini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Dnepr” hərbi qrupunun bölmələri Zaporojya vilayətinin Stepovoye kəndini tutub”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Tyaginka və Zaporojye vilayətinin Pavlovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bir neçə bölməsinə canlı qüvvə və texnika itkiləri yaşadıb.

Nazirliyin məlumatına görə, Ukrayna hərbçiləri 65 hərbçi, beş maşın və bir radioelektron döyüş stansiyasını itirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada