“Prezident Ermənistana “imkanları fürsətə çevirməyin vaxtıdır” mesajını verdi”- Nigar Məmmədov

“Prezident Ermənistana “imkanları fürsətə çevirməyin vaxtıdır” mesajını verdi”- Nigar Məmmədov
14:43

    “XII Qlobal Bakı Forumu, bu platformada müzakirə olunan müzakirələr dünya mediası üçün də maraq kəsb edir. Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi zamanı da ünvanlanan suallardan biri forumun mövzusu - “Dünya düzəninin yenidən düşünülməsi” ilə bağlı idi. Cənab Prezident bu mövzunun təsadüfən seçilmədiyini və hazırda dünyada yeni qaydaların müəyyənləşdirilməsi prosesinin getdiyini diqqətə çatdırdı. Qlobal Bakı Forumu indiki şəraitdə hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımından əhəmiyyətli platformadır.”

Millət Vəkili Nigar Məmmədov bunu News365-a deyib.

“Bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda dövlətlər də öz prioritetlərini bu dəyişikliklərə uyğunlaşdırmaqdadır. Azərbaycan Prezidentinin yanaşması bundan ibarətdir ki, “hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.” Öz resurslarına güvənməyən, kimlərdənsə asılı vəziyyətdə olan dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təhlükə altına düşməsilə bağlı real və acınacaqlı faktlar mövcuddur. Paralel olaraq, beynəlxalq təsisatların zəifliyi də qabarıq formada özünü göstərir. Bu isə dövlətlərin daha çox ikitərəfli münasibətlərə üstünlük verməsini şərtləndirir.

Qlobal transformasiyanın ilkin mərhələsində təbii ki, ən həssas bölgələrdən biri olan Cənubi Qafqaz regionunda baş verən proseslər böyük maraq kəsb edir. Üstəlik, nəzərə alsaq ki, 30 ilə yaxın davam edən münaqişə başa çatıb və işğala Azərbaycan öz gücü hesabına son qoyub, belə olan halda regionun vəziyyətilə bağlı rəsmi Bakının mövqeyi xüsusi diqqət cəlb edir. Cənab Prezident bu məsələ ilə bağlı bir daha bəyan etdi ki, əsas məqsəd növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmaq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmaq olmalıdır. Azərbaycan regionun lider və qalib ölkəsi kimi Cənubi Qafqazla bağlı geosiyasi transformasiyalardan geridə qalmamağın, diqqəti regional fürsətlər üzərində cəmləşdirməyin tərəfdarıdır.

Postmünaqişə reallıqlarına gəlincə, müharibənin başa çatmasından ötən 5 ildə sülh müqaviləsinin olmaması təbii ki, təəssüf doğurur. Lakin dünya ictimaiyyətinə də aydındır ki, bunun əsas səbəbkarı Ermənistan və onun regionda daim gərginliyin artmasında maraqlı olan havadarlarıdır. Cənab Prezident isə bir daha bəyan etdi ki, “sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”. Bu, həm də Ermənistana “imkanları fürsətə çevirməyin vaxtıdır” mesajıdır.”


Sizin reklam burada
Sizin reklam burada