Zaqatalada qəza: Ölən və yaralanan var

Zaqatalada qəza: Ölən və yaralanan var
13:50

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib.

Qoşqulu motosikletlə minik avtomobili toqquşması nəticədə motosikletin sürücüsü 64 yaşlı Muxax kənd sakini İsmayıl Əminov aldığı ağır xəsarətlərdən ölüb.

Qəza zamanı yolun kənarında olan Muxax kənd sakini 45 yaşlı Mənsur Nurməmmədov isə xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasın yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada